"Azərbaycan Qəzza zolağına humanitar yardım aparan gəmi karvanının İsrail hücumuna məruz qalmasını pisləyir". Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib.
O bildirib ki, yaranmış vəziyyət Azərbaycanda narahatlıq doğurur: "Azərbaycan tərəfi hesab edir ki, humanitar bir aksiyanın insan tələfatı ilə nəticələnməsi narahatlıq doğuran bir faktdır. Bu hadisə qısa müddətdə dəqiqliklə araşdırılmalı və günahkarlar öz cəzalarını almalıdır".
Diplomat xatırladıb ki, Azərbaycan Qəzza zolağında yaşayan əhaliyə humanitar yardım göstərilməsinin tərəfdarıdır: "Bu barədə Azərbaycan dəfələrlə öz rəsmi mövqeyini bildirib. Ölkə prezidentinin tapşırığı ilə xarici işlər naziri Elmar Məmmədyarov keçən ilin martında Şarm əl Şeyx şəhərində keçirilən beynəlxalq donorlar konfransında Azərbaycanın bu mövqeyini açıqlamışdı. Azərbaycan bu mövqeyində qalır".