Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının yaradılması ilə əlaqədar Azərbaycana səfər edəcək.
APA-nın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib. Onun sözlərinə görə, səfərin tarixi hələ bəlli deyil: "Səfər bu ilin dekabrında, gələn ilin əvvəlində də ola bilər".
H. Kiliç deyib ki, səfər zamanı bır sıra sənədlər imzalanacaq. Hazırda həmin sənədlər hazırlanır. Səfir imzalanacaq sənədlər barədə toplantıya az qalmış açıqlama verəcəklərini söyləyib.