Azərbaycan dövləti İranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməsinə razıdır, Ermənistan isə buna razılıq vermir".
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın "Mehr" agentliyinə müsahibəsində deyib. Səfir bildirib ki, İran İslam Respublikasının Qarabağ münaqişəsinin həllinə səy göstərməsinə baxmayaraq, Ermənistan bu məsələdə geri çəkilir və nəticə etibarı ilə bütün səylər nəticəsiz qalır: "İran regional məsələlərin, eləcə də Qarabağ münaqişəsinin həllində mühüm rola malikdir. Azərbaycan dövləti məhz buna görə İranın Qarabağ münaqişəsinin həllində vasitəçi olmasına razıdır".
Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən səfir əlaqələrin gələcəkdə daha da genişlənəcəyini vurğulayıb.