Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 11-də İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, ölkələrimiz arasında qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığını qeyd edən Prezident İlham Əliyev bildirdi ki, bu, əməkdaşlığımızın çoxşaxəli olmasının göstəricisidir. Dövlət başçısı digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.
Öz növbəsində, Ə. Vəhidi ölkələrimiz arasında siyasi sahədə əməkdaşlığın çox yaxşı səviyyədə olduğunu qeyd edib, qarşılıqlı səfərlərin son vaxtlar mütəmadi xarakter daşıdığını deyib və bunu ikitərəfli münasibətlərin inkişafının göstəricisi kimi dəyərləndirib.