İordaniya Haşimilər Krallığında Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi keçirilib. İordaniyada səfərdə olan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, paytaxt Əmman şəhərində keçirilən təntənəli mərasimdə hər iki ölkənin mədəniyyət nazirləri, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.