Azərbaycanla Türkiyə arasında tam qarşılıqlı etimad var. Hörmətli Əliyev Astanadakı görüşümüzdə bu məsələyə üzüldüyünü dedi. Mən də cavab verdim ki, üzülməyə gərək yoxdur, biz onsuz da orada yazılanlara inanmırıq".
APA-nın xəbərinə görə, bu sözləri ATƏT-in Astana sammitindən qayıdan Türkiyə prezidenti Abdulla Gül jurnalistlərin "Wikileaks" mövzusunda suallarını cavablandırarkən deyib. O bildirib ki, bölgədə həyata keçirilən enerji layihələrində Azərbaycan və Türkiyənin ortaq maraqları var.
A. Gül medianı "Wikileaks" tələsinə düşməməyə çağırıb: "Bunlar bizim daxili siyasətimizə təsir etməməli və enerjimizi almamalıdır. O yazılanlar amerikalı diplomatların öz mərkəzlərinə yazdıqları şeylərdir. Doğru olanlar da var, yalan olanlar da. Çirkin yazılar da var və bunlar həmin diplomatların səviyyəsini göstərir".
Türkiyə prezidenti bəyan edib ki, bu məsələ Amerikanın problemidir və bu dövlət öz arxivlərinə nəzarət etməlidir.