Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidentini Şeyx Xəlifə bin Zaid Al Nəhyanı təbrik edib.
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, təbrik məktubunda deyilir: "Milli bayramınız – Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi və inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik".
Prezident İlham Əliyev BƏƏ Millli bayramı münasibəti ilə bu ölkənin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumu da təbrik edib.