Yardımlı rayonunda Əfqanıstan vətəndaşından narkotik vasitə götürülüb
Bakı-APA. Yardımlı rayonunda Əfqanıstan vətəndaşından narkotik vasitə götürülüb. APA-nın Daxili İşlər Nazirliyinin internet saytına istinadən xəbərinə görə, Yardımlı rayon Polis Şöbəsi və Milli Təhlükəsizlik Nazirliyinin Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əfqanıstan vətəndaşı Məhəmməd Nadirəlidə 300,06 qr heroin aşkarlanıb. Onun əvvəllər də məhkum olunduğu bildirilib.