POPULYARXƏBƏRLƏR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmisi hicabla bağlı debatda mövqeyini açıqladı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmisi Nahid Məmmədov bəzi məktəblərdə hicablı şagirdlərə məhdudiyyət cəhdi ilə bağlı bildirdi: "Hər bir fərdin öz dini inancından irəli gələrək, hicablı olub-olmaması öz ixtiyarındadır. Bu onun konstitusiyon hüququdur, azadlığıdır"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmisi Nahid Məmmədov hicabla bağlı ictimai müzakirələrdə çıxış edərkən, bir sıra məktəblərdə hicablı şagirdlərə məhdudiyyət qoyulmasına münasibət bildirərkən, deyib: "Son zamanlarda hicab problemi gündəmdə olan məsələlərdən biridir. Əfsuslar olsun ki, Azərbaycanda bu, bir problem kimi olmadığı halda, biriləri bu məsələnin problem kimi qaldırılmasında təşəbbüskar kimi çıxış edir. Bu məsələdə hər hansı konsensus nəticəyə gəlməyə ehtiyac yoxdur. Çünki, dövlət özü hər şeyi təmin edib – dini etiqad azadlığı mövcuddur, hər kəs öz dini etiqadını sərbəst şəkildə həyata keçirə bilər. Bu gün Bakı məktəblərinin bir neçəsini çıxmaqla, ümumilikdə respublika məktəblərində bu problem yaşanmır. Nəzərə almaq lazımdır ki, əslində hicablı xanımların çox hissəsi regionlarda yaşayır".
Dövlət Komitəsinin rəsmisi dünyəvilikə bağlı bildirmişdir: "Bu, sadəcə o deməkdir ki, dövlət şəriət qanunları ilə idarə olunmur. Konstitusiyamızın yeddinci maddəsində də qeyd olunur ki, bizim dövlət – demokratik, unitar, dünyəvi, hüquqi bir respublikadır. Bu o deməkdir ki, Azərbaycan qanunları dünyəvi əsaslarla hazırlanır və sadəcə, şəriət qanunvericiliyinə əsaslanmır. Əlbəttə, bu bir başqa məsələdir ki, dünyəvi olmasına baxmayaraq, dövlət hər hansı bir qanun qəbul edən zaman həmin ölkədə yaşayan insanların dini etiqadını da nəzərə alır. Bu bir faktdır və Milli Məclisdə müxtəlif qanunların müzakirəsi zamanı da biz bunun şahidi olmuşuq".
Dövlət Komitəsinin məmuru hicab məsələsi ilə bağlı bildirmişdir: "Hicab məsələsi qanunla tənzimlənmir və tənzimlənə də bilməz. Belə ki, bu bir əqidə məsələsidir. Bəli, hər hansı bir məmurun rəhbəri olduğu orqanın səlahiyyətləri çərçivəsində qərar vermək səlahiyyəti var. Və məktəbli forması ilə bağlı bu qərar da verilib. Təbii ki, hər bir fərdin öz dini inancından irəli gələrək hicablı olub-olmaması öz ixtiyarındadır. Bu onun konstitusiyon hüququdur, azadlığıdır".
N.Məmmədov müzakirələr zamanı şəri həddi-buluğa çatmayan azayaşlı qızların örtünməsini təqdir etmədyini dedi. Bu fikrə cavab olaraq, çıxış edən spiker H. Hacıyeva bildirdi ki, bu, beynəlxalq hüquqla tənzimlənən və valideynlərin öhdəsinə buraxılan bir demokratik normadır.



Yerləşdirilib:5 Dekabr, 2010  17:24, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com