Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyində krallıq vəliəhdinin vəfatı ilə əlaqədar keçirilən hüzn mərasiminə Azərbaycanın rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar qatılıb. Səfirlikdən APA-ya verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Sultan bin Əbdüləziz Al Saudun vəfatı ilə bağlı səfirlikdəki başsağlığı mərasimində baş nazirin müavini Yaqub Eyyubov, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov və digər şəxslər iştirak edib.