Avtobusla yola düşmüş son 26 avtobus yerli vaxtla saat 10:30 radələrindən (Bakı vaxtı ilə saat 12:30-dan) Səudiyyə Ərəbistanın müqəddəs Mədinə şəhərinə daxil olub.
Bu haqda Deyerler.Org-a müqəddəs səfərə avtobuslarla yola düşümüş Həcc karvanın vəliyyi-əmri, Nardaran ağsaqqalı Hacı Hacıağa Nuri məlumat vermişdir. Zöhr namazına qədər, yerli vaxtla 14:00-a qədər bütün karvan Mədinə şəhərində cəmləşəcəkdir. Bundan sonra zəvvarlar buradakı otellərə yerləşəklər. Zəvvarlarımız müqəddəs Mədinədə 3 gün qalacaqlar. “Bismillahir Rəhmanir Rəhim! Biz İraq və İordaniya sərhədlərini də çox rahatlıqla keçib buraya qədər gəlmişik. Yolboyu zəvvarlarımız istirahət ediblər, vaxtaşırı namazlar da qılınıb. Hazırda Mədinəyi-Münəvvərəyə daxil olmuşuq. 3 gün ərzində buradakı müqəddəs məkanları ziyarət etdikdən sonra gedəcəyik Şəcərə məscidinə. Şəcərə məscidində ehramlandıqdan sonra, inşaallah, Məkkəyə gedəcəyik. Məsciddən oraya qədər 420 km-dir”.
Karvanda xidmət göstərən 4 nəfərdən ibarət həkim briqadası zəvvarlarımızın səhhətini diqqətdə saxlayır. Hazırda onlar arasında problemləri olan yoxdur.
Xatırladaq ki, builki Həcc mövsümündə Azərbaycandan müqəddəs ziyarətə 44 avtobus olmaqla 1350 zəvvar yola düşüb. Qalan zəvvarlarımız (650 zəvvar) isə 5 təyyyarə ilə 28-31 oktyabr tarixlərində müqəddəs yolçuluğa başlayacaqlar.
Məkkə ziyarətinə təyyarə ilə gedəcən ilk heyət oktybarın 28-də saat 15:00-dan müqəddəs ziyarətə yola düşüb. Təyyarə ilə gedən II və III qrup isə oktyabrın 29-da 2 təyyarə ilə yola düşüb. II qrup oktyabrın 28-dən 29-a keçən gecə gecəyarısı saat 03:20-dən, III qrup oktyabrın 29-u axşam saat 21:00-dan müqəddəs səfərə başlayıblar.