Qətər və Azərbaycan Yunanıstanın «DEPA» şirkəti, «Desfa» təbii qaz şəbəkəsi və «Hellenic Petroleum» şirkətinin səhmlərinin 35%-nə maraq göstərir. APA-nın «Bloomberg» agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın enerji naziri Corc Papakonstantinunu deyib.
Xarici investorların Yunanıstanın əsas enerji şirkətlərinə böyük maraq göstəriməsini ölkəsi üçün yaxşı xəbər kimi qiymətləndirən nazir bildirib ki, gələn ay Yunanıstanda bu üç dövlət şirkətinin özəlləşdirilməsinə dair qərar veriləcək.
Yunanıstan hökumətinin anti-böhran planına əsasən, bu il ərzində dövlət obyektlərinin satışından 5 mlrd. avro məbləğində gəlirin əldə olunacağı gözlənilir.