Avtobusla Həcc ziyarətinə yola düşmüş zəvvarlarımızın son avtobusları da bu dəqiqələrdə Səudiyyə Ərəbistanına daxil olub. Karvandan Deyerler.org-a verilən məlumata görə, zəvvarlarımızın ikinci qrupu hazırda Səudiyyə Ərəbistanı sərhədlərindən müqəddəs Mədinə şəhərinə doğru hərəkət etməkdədir.
Avtobusla yola çıxmış 18 avtobusdan ibarət I qrup isə hazırda müqəddəs Mədinə şəhərindədir. Onlar artıq buradakı otellərə yerləşiblər.
Avtbuslardan ibarət Həcc karvanında hər hansı narahatlıq, hazırda xəstə olan və digər hadisələr qeydə alınmayıb.
Qeyd edək ki, müqəddəs səfərə hava nəqliyyatı ilə yola düşən zəvvarlarımızın ilk qrupunun təyyarəsi bu gün (28 oktybar 2011) saat 15:00-da Binə hava limanından havaya qalxıb. İlk Həcc təyyarəsində 210 zəvvar yer alıb