POPULYARXƏBƏRLƏR

Türkiyədə "hicab koalisiyası" yaradıldı

AKP ilə MHP baş örtüsünə qoyulan qadağanın ləğvi məsələsində anlaşdı

Türkiyədə qadınların hicab geyməsi məsələsi siyasi gündəmin ən önəmli müzakirə mövzusuna çevrilib. Əvvəlcə baş nazir Rəcəb Tayyib Ərdoğan Avropa ölkələrinə səfəri zamanı universitetlərdə baş örtüsünə qoyulan qadağanın götürülməsi məsələsi ilə bağlı təkliflər hazırlayacaqlarını açıqladı.

Lakin baş nazir ölkəyə dönmədən bu məsələ AKP ilə müxalifət, o cümlədən rektorları birləşdirən Yüksək Təhsil Şurası və başqa qurumlar arasında mübahisə predmetinə çevrildi. Milliyyətçi Hərəkat Partiyası gözlənilmədən bəyan etdi ki, bu qadağanın götürülməsində hökumətlə əməkdaşlıq etməyə hazırdır.
Əvvəlcə MHP Konstitusiyanın baş örtüsünə qadağa qoyan maddəsi ilə bağlı dəyişikliklər təklifini açıqladı. AKP bu təklifləri müsbət qarşılasa da onları qaneedici saymadı və öz təkliflərini irəli sürdü. Nəhayət, yanvarın 24-də iki partiyanın nümayəndələri məsələni müzakirə etmək üçün görüşüblər və görüşdə anlaşma əldə edildiyi haqda bəyanat verilib. Bu ittifaq yerli və xarici mətbuatda dərhal "hicab koalisiyası" adı alıb. Doğrudur, AKP ilə MHP hələ hicab məsələsində tam anlaşmayıblar və partiya nümayəndələri dünən yenidən danışıqlar aparmalı idi. Lakin danışıqlar təxirə salınsa da iki partiya arasında Türkiyədə dünyəvi dövlət üçün təhlükə sayılan hicab məsələsində əldə edilmiş ilkin razılıq siyasi çevrələrdə ciddi narahatlıq yaradıb.
Ana müxalifət partiyası olan CHP bu anlaşmaya görə MHP-ni tənqid edir. Mətbuatda da MHP-nin ünvanına tənqidlər eşidilir. Başqaları isə yazır ki, MHP-yə səs verənlər partiyanın bu addımından məyus olublar. Çünki MHP ötənilki parlament seçkilərində AKP-ni Atatürk cümhuriyyətinə təhlükə kimi təqdim edərək səs almışdı.
Gözlənilir ki, AKP və MHP bu gün parlamentdə aparılacaq danışıqlarda məsələ ilə bağlı yekun razılaşma əldə edəcəklər və Konstitusiyaya düzəliş təklifi hər iki partiyanın adından səsverməyə çıxarılacaq. Atatürkçü çevrələr isə bu anlaşma ilə bağlı AKP və MHP-ni sərt tənqid edir. Bunlardan biri keçmiş baş prokuror Sabih Kandoğludur. O deyib ki, dini simvol olan baş örtüsünü siyasi simvol halına gətirib bundan siyasi maraqları üçün istifadə etmək yolverilməzdir. CHP lideri Dəniz Baykal isə hökumətə müraciətlə "əgər arxayınsınızsa, Konstitusiyadakı dünyəvilik prinsipini birdəfəlik götürün" deyib.



Yerləşdirilib:26 Yanvar, 2008  17:33, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com