Polşa prezidenti Lex Kaçinskinin Bakıda yeni inşa olunmuş "Müqəddəs Məryəm" katolik kilsəsinə hədiyyə etdiyi üç kilsə zəngi Polşadan xüsusi təyyarə ilə Bakıya gətirilib. Azərbaycan Katolik Kilsəsinin rəsmi saytında verilən məlumata görə, kilsə zənglərini hazırlamış məşhur usta Zbiqnev Felçinski də zənglərin quraşdırılmasına kömək etmək üçün Bakıya gəlib.
Zənglərin ən böyüyü 500 kiloqramdır. Bu zəng müqəddəs apostol Pyotrun adını daşıyır, üzərində onun rəsmi əks olunub. 290 kq olan digər zəng Senstoxovskaya Müqəddəs Məryəmə həsr olunub, zəngin arxa tərəfinə II İohan Pavelin şəxsi gerbi vurulub. Ən kiçik zəng isə XVI Benediktin şərəfinə hazırlanıb. Bütün zənglərin üzərində onların Polşa prezidentinin hədiyyəsi olduğu yazılıb. Zənglər kilsənin gülləsinin üzərində quraşdırılacaq.
Qeyd edək ki, ötən ilin martında Bakıda rəsmi səfərdə olan Polşa prezidenti Lex Kaçinski yeni istifadəyə verilmiş kilsəyə baş çəkib, kilsəyə zənglər hədiyyə edəcəyini bildirmişdi.