İdarənin ötən əsrin əvvəllərində inşa olunmuş birmərtəbəli binasının sökülməsi və "Təzəpir" məscidi tarix-memarlıq abidəsinin ətrafının genişləndirilməsi hesabına daha bir bina tikilib. Tikinti ilə əlaqədar müvəqqəti olaraq, "Göy məscid" kimi tanınan "Əjdərbəy məsidi"ndə məskunlaşan idarə artıq yeni binaya köçür.
QMİ-dən bildiriblər ki, bütün şöbələr yeni binada yerləşsə də, köçmə prosesi hələ tam başa çatmayıb. Hazırda xidməti otaqlarda avadanlıqların yerləşdirilməsi, texniki təchizat tədbirləri davam edir.
Xatırladaq ki, "Təzəpir" məscid kompleksi çərçivəsində idarə üçün tikilmiş inzibati bina Şərq memarlığı üslubunda tikilib. Burada iş otaqları ilə yanaşı, konfrans salonu, kitabxana, arxiv, kompüter və muzey mərkəzləri də inşa olunub.
Kompleksdə həmçinin Bakı İslam Universiteti üçün də 4 mərtəbəli yeni bina tikilib. Ancaq 6-cı mikrorayondakı tədris korpusunda təhsil alan tələbələr hələ ki yeni binaya köçməyib. // lent.az