Milli Məclisin bugünkü iclasında "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərin müzakirəsi başlanıb. Sənəd haqqında məlumat verən MM-in İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanun 1992-ci ildə qəbul olunub, indiyə kimi sənədə səkkiz əlavə və dəyişiklik edilib.