Tacikistanın sərhəd rəsmiləri bildirilər ki, Əfqanıstanla sərhəddə bir neçə saat sürən toqquşma nəticəsində Taliban döyüşçüləri qətlə yetirilib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Tacikistanın sərhəd mühafizəsinin nümayəndəsi bildirib ki, Taliban döyüşçüləri Pyandj çayı boyu sərhədi keçmək istəyən vaxt sərhədçilər onları aşkar ediblər. Onun sözlərinə görə, tacik silahlı qüvvələri yeddi döyüşçünün cəsədini tapıb, lakin Taliblər bəzi cəsədləri suya atıblar. O həmçinin deyib ki, bir sərhəd mühafizəçisi öldürülüb, başqa sərhədçi isə yaralanıb. Silah, sursat və dini mövzuda ədəbiyyatın tapıldığı bildirilir.