Daxili İşlər Nazirliyi (DİN) Masallıda həbs edilən dindarla bağlı məlumat açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rayon Polis Şöbəsi əməkdaşları ilə birgə, əldə olunan əməliyyat məlumatı əsasında Masallı rayon sakini, 55 yaşlı Fəramiz Abbsovun yaşadığı ünvana baxış keçirilib. Bu zaman F. Abbasova məxsus həyətdə yerləşən yardımçıq təsərrüfatda, 1 ədəd "AK-74" avtomatı, 1 ədəd naqan tipli tapança, 20 ədəd qumbara, 20 ədəd alışdırıcı, 7 ədəd 400 qramlıq və 1 ədəd 200 qramlıq tratil şaşkalar, 3 ədəd güllə darağı və 70 ədəd patron aşkar edilərək götürülüb. Faktla əlaqədar F. Abbasov saxlanılıb.