İran Türkiyənin İstanbul şəhərində ABŞ ilə ikitərəfli danışıqlar aparmaqdan imtina edib. Hazırda İstanbulda İran ilə "altılıq" ölkələri arasında danışıqların ikinci mərhələsi keçirilir, - "RİA Novosti" xəbər verir.
"ABŞ ilə belə bir danışıqların həyata keçirilməsinə heç bir əsas yoxdur. Bu danışıqlar bizim İstanbul görüşlərimizin çərçivəsinə daxil deyil", - deyə İran nümayəndə heyətinin yardımçısı Əbulfazl Zohrevand bildirib. Onun sözlərinə görə, ABŞ ilə ikitərəfli danışıqlar aparılması barədə təklif Avropa İttifaqının rəsmisi Ketrin Eşton tərəfindən gəl