POPULYARXƏBƏRLƏR

İslam İnkişaf Bankı Gürcüstanda və xaricdə təhsil alan azərbaycanlı tələbələrə yardım edəcək

İslam İnkişaf Bankı (İİB) Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) ilə "Tələbələrə faizsiz kredit" layihəsi haqqında memorandum imzalayıb. Layihənin əsas məqsədi Gürcüstanda yaşayan müsəlman tələbələrin təhsil almalarına diqqət göstərmək və dəstək verməkdir.

Memoranduma əsasən bu ildən Gürcüstanda yaşayan azərbaycanlı tələbələrə təqaüd proqramı həyata keçiriləcək. Bu barədə APA-nın Gürcüstan bürosuna Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov məlumat verib. Onun sözlərinə görə, ilk olaraq bu layihə 5 nəfər tələbə üçün nəzərdə tutulub: "Memoranduma əsasən, layihə faizsiz kredit şəkilində reallaşacaq. Biz Gürcüstan azərbaycanlılarını layihə barədə məlumatlandırmaq üçün elan hazırlamışıq. Elanda qeyd edilib ki, ilk növbədə tibb, mühəndislik, kənd təsərrüfatı və digər ixtisaslar üzrə təhsil alan tələbələrə diqqət göstəriləcək. Tələbə təhsil alacağı müddətdə onun illik təhsil haqqı təxminən 2500 ABŞ dolları həcmində olacaq. Tələbəyə ayda təxminən 100 ABŞ dolları təqaüd verilməyi də nəzərdə tutulub. Bundan başqa tələbə dərs və geyim ləvazimatları və tibbi sığorta ilə təmin olunacaq. Bu proses tələbənin oxuduğu müddətdə davam edəcək. Layihədə təhsil müddətində çəkilən xərc, tələbə ali təhsil ocağını bitirib işə başladıqdan sonra hissə-hissə faizsiz olaraq geri ödəniləcəyi nəzərdə tutulub".

Fazil Həsənov qeyd edib ki, tələbələrə ayrılan faizsiz kredit geri qaytarıldıqdan sonra, həmin məbləğ gələcəkdə proqramın davam etməsinə və digər tələbələrin də təhsil almasına yardım olacaq: "Layihədə Gürcüstanda yaşayan başqa dildə danışan müsəlmanlar da nəzərdə tutulub. İİB-nın maliyyələşdirdiyi bu layihədə xaricdə bakalavr pilləsində təhsil almağa da şərait yaradılıb. Belə ki, tələbələrin ehtiyaclarını nəzərə alaraq, məbləğ dəyişəcək və xaricə getmək üçün yol xərcləri də təhsil xərclərinə əlavə olunacaq".

Bu layihəyə görə, İİB-nin vasitəçi təşkilatı kimi AMM və tələbə arasında müqavilə imzalanır. Layihə Gürcüstanın bütün bölgələri üçün nəzərdə tutulub. "Bu layihəni olduqca əhəmiyyətli hesab edirəm. Cəmi bir neçə ildən sonra artıq onlarla azərbaycanlı tələbə intellektli şəxslər kimi mühüm vəzifələrdə çalışacaq, krediti ödəyərək digər tələbələri də bu proqrama cəlb etmiş olacaqlar. Bu da gənclərdə stimul və məsuliyyət yaradacaqdır. Belə bir layihə ilk dəfədir ki, ölkəmizdə müsəlman icmaları üçün reallaşır. İnanıram ki, istedadlı, lakin imkansız şəxslər bundan razı qalacaqlar", deyə Fazil Həsənov bildirib.

Xatırladaq ki, keçən ilin noyabr ayında Gürcüstana səfər edən İİB-nın nümayəndələri Malik Şah və Suad-üz-Zəfər Tiflis, Batumi və Marneuli şəhərlərində, Kvemo Kartli bölgə idarəsində, təhsil və elm nazirliyində, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində, "Varlıq" Mədəniyyət Mərkəzində, Gürcüstanın Gənclərə Yardım Assosiasiyasında azərbaycanlılarla layihə ilə bağlı görüşlər keçiriblər. Ən axırda isə layihəni həyata keçirən əsas vasitəçi AMM seçilib.



Yerləşdirilib:30 Yanvar, 2011  11:21, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com