POPULYARXƏBƏRLƏR

Daxili İşlər Nazirliyi Masallıda həbs edilən dindarla bağlı məlumat açıqlayıb

Daxili İşlər Nazirliyi (DİN) Masallıda həbs edilən dindarla bağlı məlumat açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rayon Polis Şöbəsi əməkdaşları ilə birgə, əldə olunan əməliyyat məlumatı əsasında Masallı rayon sakini, 55 yaşlı Fəramiz Abbsovun yaşadığı ünvana baxış keçirilib. Bu zaman F. Abbasova məxsus həyətdə yerləşən yardımçıq təsərrüfatda, 1 ədəd "AK-74" avtomatı, 1 ədəd naqan tipli tapança, 20 ədəd qumbara, 20 ədəd alışdırıcı, 7 ədəd 400 qramlıq və 1 ədəd 200 qramlıq tratil şaşkalar, 3 ədəd güllə darağı və 70 ədəd patron aşkar edilərək götürülüb. Faktla əlaqədar F. Abbasov saxlanılıb.

E. Zahidov, həmçinin F. Abbasovun saxlanılması ilə bağlı mətbuatda yayılan müxtəlif məlumatların həqiqəti özündə əks etdirmədiyini iddia edib. O qeyd edib ki, F. Abbasovun saxlanılması ilə bağlı Masallıda heç bir etiraz baş verməyib və fakt üzrə araşdırmalar davam etdirilir.


Masallıda dindarlar niyə aksiya keçirib?
2011-01-25 10:08
Masallıda dindarlarla polis arasında toqquşma baş verib. Hadisə dünən (24 yanvar 2011) axşam saatlarına təsadüf edib. Əldə etdiyimiz məlumatlara görə, toqquşmaya rayonun Xıl kəndində 1955-ci il təvəllüdlü Hacı Seyyid Fəramiz Abbasov adlı dindarın həbsi səbəb olub. Hacı Fəramiz Abbasov Masallı rayonunun Boradigah qəsəbəsində iştirak etdiyi yas mərasimindən çıxarılaraq həbs olunub. Onun həyat yoldaşı səhər saatlarında həyətlərindəki tövləyə girərkən orada silah-sursat görüb. O, tövlədə silah tapıldığını kənd camaatına bildirib. Bir qədər sonra Hacı Fəramiz Abbasovun evi əlliyə yaxın polis əməkdaşı tərəfindən mühasirəyə alınıb. Tövlədən çıxan silahlar Hacı Fəramiz Abbasova məxsus olması haqda akt tərtib edilib.

Hacı Fəramiz Abbasovun həbsi xəbəri camaatına çatanda isə 300-dən artıq sakin Masallı Rayon Polis İdarəsinin qarşısına toplaşıb. Onlar Abbasovun qanunsuz saxlanılmasına etiraz ediblər. İdarənin qarşısına toplaşanları dağıtmaq məqsədiylə polis aksiya iştirakçılarına qarşı zor tətbiq edib. Yaşanmış insident zamanı 15-dən çox aksiya iştirakçısı xəsarət alıb.

Hacı Fəramiz Abbasovun oğlu Əmin Abbasov isə "Azadlıq"a açıqlamasında bildirib ki, atası təxribatın qurbanı olub: "Bu açıq-aşkar təxribatdır. Kimlərsə həyətimizdəki tövlənin banına silah atıb. Ehtimal edirik ki, bu sübh çağı olub. Səhər anam həmin silahları aşkar edib və çıxarıb həyətin ortasına qoymuşuq. Kənd camaatına xəbər verdik. Eyni zamanda gözləyirdik ki, atam da gəlsin. Bu dəm bir dəstə polis həyətimizə basqın etdi. Maraqlıdır ki, onlar düz tövləyə sarı getdilər. Lakin sonradan gördülər ki, silahlar həyətin ortasındadır. Polislər silahları aktlaşdırarkən xəbər gəldi ki, atam həbs edilib. Onu yas mərasimindən aparıblar".

Əmin Abbasovun sözlərinə görə, hüquq-mühafizə orqanları atasını həbs etmək üçün şou düzəldib: "Atamı dövlət çevrilişində ittiham edirlər. Bir avtomatla və 3-4 qumbara ilə dövlət çevrilişi etmək olar? Mənim atamı Masallıda yaxşı tanıyırlar. O, heç vaxt dövlət əleyhinə işlərlə məşğul olmayıb. Ona qarşı ittihamlar qondarmadır".

Hacı Fəramiz Abbasovun oğlu polislə toqquşmaya da aydınlıq gətirib: "Bu işin necə yekunlaşacağını bilmək üçün polis idarəsinin qarşısına toplaşmışdıq. Sakit şəkildə gözləyirdik ki, görək nə olacaq. Amma yenə bir dəstə bizə hücum çəkdi. Bizi təhqir etdilər, zorakılıq göstərdilər. Yaşlı əmimi, anamı, bibimi, məni, bacımı və digər kənd sakinlərini dəyənəklə döydülər. Bunlar qadın-uşaq tanımayan məxluqdurlar. Kişi də qadına əl qaldırarmı? Kişi də yaşlı insanı vurarmı? Budurmu bizi qoruyan polis?".

Qəzetimiz çapa gedərkən öyrəndik ki, polis ikinci dəfə idarədən kənarda dayanaraq Hacı Fəramiz Abbasovla bağlı baş verənlərin nəticəsini gözləyən insanlara hücum edib. Onları döyərək maşınlara mindirib və ərazidən uzaqlaşdırıb. Əmin Abbasov da bu məlumatı təsdiqləyib. O, həmçinin bildirib ki, atasına yemək göndərmək istəsələr də polis buna imkan verməyib: "Mənim atam şəkər xəstəsidir. Amma bu qansızlar ona yemək göndərməyimizə imkan vermədilər. Bu, heç bir ləyaqətə sığmayan hərəkətdir". /"Azadlıq" qəzeti/



AİP-in Masallı rayon komitəsinin sədri də həbs olundu
2011-01-24 21:31
Masallı şəhərinin Xil kəndin ruhanisi Abbasov hacı Fəramərzi də saxlanılıb

Azərbaycan İslam Partiyasının daha bir komitə sədri həbs olunub. FaktXeber.com-un "Qaynar Xətt"inə daxil olan məlumata görə, bu gün günorta saatlarında AİP-in Masallı rayon komitəsinin sədri Elnur Xudaverdiyev də polis tərəfindən saxlanılıb. Evinə təşkil olunan əməliyyat zamanı saxlanılan komitə sədrinin haraya aparıldığı məlum deyil. Yaxınların redaksiyamıza verdiyi məlumata görə, onu günorta saatlarında Masallı rayon polis idarəsinin əməkdaşları evdən aparıblar.

Qeyd edək ki, bu gün Masallı şəhərinin Xil kəndin ruhanisi Abbasov hacı Fəramərzi də saxlanılıb. Aparılan axtarış zamanı onun da evindən silah-sursat tapılıb. Artıq Masallıda iki dindarın həbs olunmasına etiraz əlaməti olaraq aksiya da keçirilib. Kənd sakinləri bu həbsi son günlər İslam Partiyası fəallarının həbsinin davamı kimi dəyərləndiriblər. Sayları 100-ə qədər olan sakin din xadiminin həbsdən azad edilməsi tələbilə rayon poilis şöbəsinin qarşısında aksiya keçirib.
Faktxeber


Massalıda kənd ruhanisinin həbsi yerli əhalinin etirazına səbəb olub
Masallının Xil kənd ruhanisi həbsi etirazlara səbəb olub. Bu xəbər Turana "Cənub Xəbərləri" qəzetinin readktoru Zahir Əmənovdan daxil olub.
Onun sözlərinə görə, 50-yə yaxın yaşı olan Hacı Fəramərzi yanvarın 24-də həbs ediblər . Onun evindən silah-sursatın tapıldığı iddia edilir. Kənd sakinləri bu həbsi son günlər İslam Partiyası fəallarının həbsinin davamı kimi dəyərləndiriblər. 100-ə qədər sakin din xadiminin həbsdən azad edilməsi tələbilə rayon poilis şöbəsinin qarşısında aksiya keçirib. (Turan)



Yerləşdirilib:25 Yanvar, 2011  17:09, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com