Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi bəyanat yayıb. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda İranın son vaxtlar Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq cəhdləri pislənilib: "İran Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərinə qarşı hərəkətlərinə son qoymazsa, Dünya Azərbaycanlıları Konqresi İranın Azərbaycan Respublikasındakı səfirliyinin binası qarşısında davamlı etiraz aksiyalarına başlayacaq".