Öz vəzifəsini tərk edən Livanın baş naziri və sünni "Əl-Müstəqbəl" hərəkatının lideri Saad Həriri müxalifətə keçdiyi və 2005-ci ildə baş vermiş "sidr inqilabının" baza prinsiplərinə qayıtdığı barədə bəyan edib.
İranda rəsmi səfərdə olan Türkiyə prezidenti Abdulla Gül İsfahan şəhərinə gedib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, A. Gülü Şəhid Behişti hava limanında İsfahan vilayətinin rəhbəri Əlirza Zakir və digər rəsmi şəxslər qarşılayıblar.
Bəhreyn əhalisi ölkənin bütün ərazilərində bu günü "Qəzəb günü" elan edib. Bəhreynin paytaxtı Manamanın səmalarını isə, hərbi vertolyotlar əhatə edib. Manamanın bəzi ətraf rayonlarında artıq nümayişlər başlayıb, - "İslamNyus" xəbər verir.