Bəhreyn əhalisi ölkənin bütün ərazilərində bu günü "Qəzəb günü" elan edib. Bəhreynin paytaxtı Manamanın səmalarını isə, hərbi vertolyotlar əhatə edib. Manamanın bəzi ətraf rayonlarında artıq nümayişlər başlayıb, - "İslamNyus" xəbər verir.
Bəhreyndə Əhli-beyt (ə) davamçılarının öndə getdiyi nümayişlərə insanlar sosial şəbəkələr vasitəsilə çağırılır. Bəhreyn əhalisi Tunis və Misirdəki kimi, bu ölkədə də diktator rejiminin ləğv edilməsini və kral Həmad Bin İsa ibni-Xəlifənin istefasını tələb edir. Kral isə artıq vəd edib ki, hər bir bəhreynli ailəyə 2 min dollar yardım ayırılacaq. Eyni zamanda hakimiyyət bəyan edib ki, təcili sosial proqramların həyata keçirilməsinə 417 milyon dollar ayrılacaq.