Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının təşəbbüsü ilə "Ərəb dünyasında baş verən inqilablara Azərbaycan gəncliyinin münasibəti" mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, VHP Gənclər Təşkilatının sədri Emil Bağırov Misir və digər ərəb ölkələrində baş verən siyasi proseslərdən söhbət açıb və iştirakçıları bu hadisələrə münasibət bildirməyə çağırıb.