Fevralın 16-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin sakinləri etiraz aksiyası keçirəcək. Bu barədə APA-ya qəsəbə sakinləri məlumat veriblər.
Məlumata görə, aksiyanın qəsəbə ərazisində yerləşən "İmam Hüseyn" meydanında keçirilməsi nəzərdə tutulub. Sosial problemlərin həllinin tələb olunacağı aksiyaya bəzi QHT nümayəndələri də dəvət olunub.