Liviya rəhbəri Muammar Qəddafi öz hakimiyyətinə qarşı keçiriləcək etiraz nümayişlərinə qatılmağı planlaşdırıb, - "Vesti" xəbər verir.
Ölkədə kütləvi nümayişləri təşkil edən müxalifət bildirib ki, ölkədə fevral ayının 17-si "Qəzəb günü" elan edilib. Nümayişçilər Qəddafidən hakimiyyəti istefaya göndərməyi və sosial-siyasi islahatlar keçirməyi tələb edəcək.
Qeyd edək ki, xalqına, eləcə də müsəlmanlara qarşı bir sıra cinayətləri ilə tanınan Qəddafi qeyri-adi hərəkətlər etməkdə dünya gündəminə gəlməyi xoşlayır.