Əlbəttə ki, Liviyada baş verən hadisələr hamı kimi, Azərbaycanı da narahat edir.
Biz arzu edirik ki, bu səylər tezliklə vətəndaş müharibəsinin sona çatmasına şərait yaratsın və bu ölkədə sülh, əmin-amanlıq bərpa olunsun". Bu barədə APA-ya açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Onun sözlərinə görə, dünya birliyi Liviyadakı münaqişəyə son qoymaq üçün bu istiqamətdə müəyyən səylər göstərir: "Amma dünyada ikili standartlar var və biz bunu öz üzərimizdə hiss edirik. BMT Təhlükəsizlik Şurası Qaradağ münaqişəsi ilə əlaqədar 4 qətnamə qəbul etsə də, bunlar kağız üzərində qalıb və yerinə yetirilməsi üçün də səylər göstərilmir. Halbuki İraq Küveytə təcavüz edəndə BMT Təhlükəsizlik Şurası müvafiq qətnamələr qəbul etdi və bunlar dərhal yerinə yetirildi".
X.Xələfov qeyd edib ki, hazırda Azərbaycanla Liviyanın diplomatik əlaqələri qalmaqdadır: "Səfirlik öz fəaliyyətini davam etdirir. Amma biz çox istərdik ki, vətəndaş müharibəsi tezliklə başa çatsın".