BMT Liviyaya silahlı qüvvələrin köməyilə humanitar yardım edilməsinin əleyhinə çıxıb. Bu barədə BMT-nin Humanitar məsələlərin koordinasiyası idarəsinin mətbuat katibi Elizabet Birs bəyan edib.
"Hərbi qüvvədən istifadə olunması son həddir və ondan istifadə etməmişdən əvvəl biz bütün digər imkanlardan istifadə etməliyik", deyə o əlavə edib. Birsin fikrincə, "indi buna ehtiyac yoxdur".
Birs bildirib ki, humanitar yardım "neytral və qərəzsiz" olmalıdır.