Azərbaycan prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə başsağlığı verib. APA-nın məlumatına görə, başsağlığı məktubunda deyilir: "Mərrakeş şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.