Bu gün səhər Əfqanıstanın şərqindəki Laqman əyalətində yerləşən "Kambiri" hərbi bazasında partlayış baş verib
Novosti"yə istinadən xəbərinə görə, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi açıqlama yayıb.
Hadisə nəticəsində Əfqanıstan Milli Ordusunun korpusunun qərargahı partladılıb. hazırda partlayışın səbəbləri araşdırılır. Hadisənin terrorçu-kamikadze tərəfindən törədilməsi istisna olunmur. Partlayış nəticəsində dörd hərbi qulluqçu həlak olub, ən azı səkkiz nəfər yaralanıb.
Əfqanıstan Müdafiə Nazirliyindən onu da bildiriblər ki, bu gün yerli vaxtla səhər saat 7:30-da ölkənin şərqindəki Nanqarhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərində yerləşən ordu korpusunun qərargahında da terror aktı törədilib. Hadisənin təfərrüatları barədə məlumat verilmir.