Bu gün Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) nümayəndəliklərinin yığıncağı keçirilir.
SalamNews-un məlumatına görə, sentyabrın 21-də İƏT-in Camnu və Kəşmir, Bosniya, sentyabr 22-də İraq və Fələstin nümayəndəlikləri bir araya gələcək.
Bundan başqa, ortaq iş sahələrinin araşdırılması və bu sahələrin inkişaf etdirilməsi kimi mövzular sentyabrın 22-də Avropa İttifaqı və İslam Əməkdaşlıq illik yığıncağında müzakirə olunacağı gözlənilir. İƏT üzv ölkələrin xarici işlər nazirlərinin yığıncağı isə sentyabrın son həftəsi baş tutacaq.
Fələstinin BMT-də rəsmən tanınması, Liviyanın durumu, müsəlmanların problemlərinin həllində İƏT-in rolu kimi mövzular yığıncaqda müzakirə olunacaq.