İsrailin müdafiə naziri Ehud Barak Türkiyə-İsrail əlaqələrinin korlanmasında xarici işlər naziri Liberman və Baş nazir Netanyahunu günahlandırıb.
SalamNews-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İsrailin mühüm qəzetlərindən olan “Yedioth Ahronoth”un internet saytı ynetnews.com-un verdiyi xəbərə görə, E.Barak deyib: "Netanyahu uzlaşmaya getmək istəyib, ancaq Lieberman onu mane olub”.
O, Binyamin Netanyahunu Türkiyə ilə yaşanan diplomatik böhranı nəzarəti altına ala bilməməkdə və heç bir əsas olmadan münasibətləri korlamaqda günahlandırıb.
İnternet saytında yerləşdirilən xəbərə görə, müdafiə naziri bağlı qapılar arxasında keçirilən iclaslarda, Netanyahunun "Mavi Mərmərə" hadisəsindəki mövqeyini tənqid edib və Ankara ilə bu mövzuda razılığa gəlmək imkanı olduğu halda, xarici işlər naziri Aviqdor Liebermanın təzyiqinə boyun əyərək böhranı daha da gücləndirməkdə ittiham edib.