Yəməndə hökumət qüvvələri atəşkəs razılaşmasına baxmayaraq, müxalifətin mövqelərinə yenidən zərbə endirməyə başlayıb
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, hazırda paytaxt Sana şəhərində avtomat və pulemyot səsləri eşidilir. Müxalifət tərəfdarlarının düşərgəsi raket atəşinə tutulub. Nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Qeyd edək ki, müxalifətin tərəfinə keçən general Əli Möhsenin komandanlığı altında birləşən rejim əleyhdarları ilə prezidenti Əli Abdulla Salehə sadiq olaq ordu arasında atəşkəs haqqında razılaşma əldə olunmuşdu.