Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BMT-nin Sammitində iştirak üçün ABŞ-a getməzdən əvvəl “Nyu York Times”a müsahibə verib.

SalamNews-un “Doğan”a istinadən verdiyi xəbərə görə, Davudoğlu Türkiyənin "bütün hadisələrin mərkəzində” olduğunu söyləyib. İsrail-Türkiyə əlaqələrinin gərginləşməsinin əsəs səbəbinin rəsmi Təl-Əviv olduğunu söyləyən Ə.Davudoğlu Suriya prezidenti Bəşər Əsədi Türkiyəyə yalan söyləməkdə günahlandırıb.
Bölgənin hərbi baxımdan ən güclü, əhalisinin isə ən böyük iki ölkəsi olan Türkiyə və Misir arasındakı tərəfdaşlığın ABŞ-ın Yaxın Şərqdəki təsirinin azaldığı dövrdə yeni güc mərkəzi yarada biləcəyini deyən xarici işlər naziri deyib: "Bizim istədiyimiz budur. Bu, güc mərkəzi nə İsrail, nə İran, nə də başqa bir ölkəni hədəf alacaq. Bu, bölgəmizin ən böyük iki ölkəsinin şimaldan cənuba, Qara dənizdən Nil vadisinə qurduğu bir demokratiya oxu olacaq".
Ə.Davudoğlu vurğulayıb: "Regional güc tarazlığı üçün çox güclü Misir istəyirik. Bəziləri Misir və Türkiyə arasında bir yarış olduğunu düşünə bilər. Xeyr, bu, bizim strateji qərarımızdır. Biz güclü bir Misir istəyirik".
Türkiyənin İsrail və Suriya siyasəti məsələsinə də diqqət çəkən Davudoğlu söyləyib: "Heç kim bölgədə tək qaldığı üçün Türkiyəni və ya başqa bir ölkəni günahlandıra bilməz. İsrail və Təl-Əviv hökuməti özləri bu yolu seçib. Hər cür təklifi rəddetmə siyasətini davam etdirdikcə daha da yalnızlaşacaklar".
O düşünür ki, Suriya Türkiyənin tövsiyələrini nəzərə almadığı üçün iki ölkə arasındaki əlaqələr korlanıb. Özlərini xəyanətə uğramış kimi hiss etdiklərini söyləyən Davutoğlu, Əsədi sözlərini yerinə yetirməməkdə və doğrunu söyləməməkdə günahlandırıb