"Türkiyə ilə Azərbaycan arasında dini, mənəvi əlaqələrin inkişafı iki ölkə üçün deyil, bütün Qafqaz üçün, o cümlədən Rusiyada yaşayan müsəlmanların maraqlarına xidmət etmək üçündür".
SalamNews xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Türkiyənin dini (diyanət) işlər naziri Mehmet Görməz jurnalistlərə bildirib. O deyib ki, biz Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq edirik.
M.Görməz həmçinin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə Azərbaycan xalqına təbriklərini çatdırıb.