Azərbaycan ilə Türkiyə arasında dini əlaqələr güclənir.

SalamNews xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə bildirib.
O deyib ki, Bakıda səfərdə olan Türkiyənin dini (diyanət) işlər naziri Mehmet Görməzin başçılıq nümayəndə heyyəti ilə görüşdə biz bir çox məsələləri müzakirə etdik. Müzakirələr əsasən iki ölkə arasında mədəni, dini əlaqələrin güclənməsi və inkişafı olub. Müzakirələrdə həmçini Dağlıq Qarabağ münaqişəsinin həlli yolu və regionda yaşanan problemlər, PKK, narkomaniya ilə mübarizə müzakirə olunub.
"Türkiyə bizim qardaşımızdır və biz bu ölkə ilə hər bir sahədə əlaqə qurmaqda maraqlıyıq",- deyə QMİ sədri bildirib.