İranın BMT-dəki nümayəndəliyi Qərb mətbuatının yaydığı xəbəri qətiyyətlə təkzib edib.

SalamNews-un ''İRNA''ya istinadən verdiyi xəbərə görə, Qərb mətbuatı İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xazainin ABŞ-lı həmkarı Syuzan Rays ilə görüşüb, danışıqlar apardığını iddia edir.
"Belə bir görüş olmayıb", - İranın BMT-dəki nümayəndəliyindən bildirilib.
Xatırladaq ki, bu məlumat Assoşeytd Press agentliyi tərəfindən yayılıb.