İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar Ermənistana səfər edəcək.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, noyabrın 6-7-də gerçəkləşəcək səfər zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunacaq.