Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İraqın Kürd bölgəsinin keçmiş lideri Neçirvan Bərzanini qəbul edib.(CİHAN) Görüşün keçirilməsinə səbəb PKK terrorçuları tərəfindən 24 türk əsgərinin qətlə yetirilməsidir. Görüşün təfərrüatı barədə məlumat verilməyib.
Qeyd edək ki, Türkiyə hökuməti Şimali İraqda qurudan geniş miqyaslı anti-terror əməliyyatları keçirmək üçün bölgə rəhbərliyinə ciddi təzyiqlər edir.