Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İslam Partiyasının (AİP) “Qarabağa azadlıq!”, “Hicab məhbuslarına azadlıq!”, “İslamofobiyaya son!” şüarları ilə keçirmək istədiyi aksiyanı məqsədəuyğun saymayıb.
Bu barədə SalamNews-a AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli məlumat verib.
O, aksiyanın keçirilib-keçirilməyəcəyi barədə suala cavab olaraq bildirib ki, bu barədə partiyanın sabahkı toplantısında qərar veriləcək. Biz bununla əlaqədar medianı məlumatlandıracağıq.
Xatırladaq ki, AİP-in sədr əvəzi Elçin Manafov, müavinlər İnqilab Əhədli və Rövşən Əhmədovdan ibarət təşkilat qrupu adından Bakı Şəhər İcra Hakimiyyətinə oktyabrın 10-da müraciət edilib.