Pentaqon 2011-ci il dekabrın 31-dən sonra İraqda təxmin 5 min nəfər hərbçi saxlayacaq. Bu barədə iraqlı mənbələrə istinadən Fransanın «Le Figaro» qəzeti yazıb.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Türkiyənin “Nokta” şirkəti ilə birgə Türkiyə-Suriya sərhəd zolağında 160 min kvadratmetrlik sahədə minatəmizləmə əməliyyatını başa çatdırıb.
Ermənistan rəsmiləri ölkəni İranla birləşdirəcək dəmir yolu xəttinin tikintisi üçün tələb olunan maliyyənin cəlb edilməsi üzrə fəaliyyətini intensivləşdirib.