Moskva və bütün Rusun patriarxı Kirill Suriya və Livana səfər edəcək.
APA-nın məlumatına görə, onun Suriya prezidenti Bəşər Əsəd və baş nazir Adil Səfərlə görüşü nəzərdə tutulur. Kirill həmçinin Suriyanın baş müftisi Bədrəddin Xasun və vəqflər naziri Məhəmməd Abd əs-Səttar əs Seyidlə görüşəcək. Beyrutda isə patriarxın Livan prezidenti, general Mişel Süleyman və Antioxiyanın Maronit patriarxı və bütün Şərqin kardinalı Bəşər er-Rai ilə görüşü planlaşdırılır.