Ermənistan rəsmiləri ölkəni İranla birləşdirəcək dəmir yolu xəttinin tikintisi üçün tələb olunan maliyyənin cəlb edilməsi üzrə fəaliyyətini intensivləşdirib.
“APA-ECONOMICS”in “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın nəqliyyat və kommunikasiya naziri Manuk Vardanyan deyib.
Erməni naziri bildirib ki, İran, Çin və digər beynəlxalq və özəl sərmayəçilərlə məsələyə dair danışıqlar aparılır.
“Fars” xəbər agentliyi xatırladır ki, bu məsələ bir qədər öncə Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfəri zamanı Rusiyanın dövlət başçısı Dmitri Medvedevlə müzakirə edilib. Layihənin ümumi dəyərinin 2,5 mlrd. dollar təşkil edəcəyi bildirilir.