Azərbaycanın bir qrup ziyalısı noyabrın 13-16-da İsraildə səfərdə olacaq.
APA-nın “İzrus” saytına istinadən verdiyi məlumata görə, nümayəndə heyətinə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar rəhbərlik edəcək. Azərbaycanlı qonaqlar İsraildən olan həmkarları, bu ölkənin diplomatları və əslən Azərbaycandan olan tanınmış israillilərlə görüşlər keçirəcəklər. Səfər İsrail Xarici İşlər Nazirliyi, İsrail Yazıçılar İttifaqı və “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının dəvəti ilə həyata keçirilir.