Son on ildə 40 min britaniyalı islamı qəbul edib və bunun çoxu qadınlar olub. Bu barədə Swansea Universitetinin tədqiqatçısı Kevin Bris xəbər verib.
SalamNews ABNA-a istinadən verdiyi məlumata görə, o deyib ki, 2010-cu ildə İslam dinini qəbul edənlərin yarısı britaniyalı olub. Britaniyada İslam dinini qəbul edən qadınların sayı getdikcə artacaq. İslam dini ailə və mənəvi dəyərlərə uyğundur. Qadınlar Britaniya cəmiyyətində ən çox yayılan sərxoşluq problemlərinə, əxlaqın və israfçılığın olmasına görə narahatdırlar. Lakin İslam tamamilə digər yanaşma təklif edir”.
Kevin Bris söyləyib ki, ölkədə müsəlmanlara qarşı gərginliyi müşahidə edən zaman İslama yeni gələnlər müxtəlif din nümayəndələrini bir araya gətirməyə kömək edə bilər.