POPULYARXƏBƏRLƏR

İsrailin milli infrastruktur naziri: “Azərbaycanla işgüzar münasibətlər qurmağı özümüzə imtiyaz bilirik”

“Düşünürəm ki, İran rejiminin mahiyyətini Azərbaycan xalqına geniş izah etməyə ehtiyac yoxdur”

srailin milli infrastruktur naziri Uzi Landaunun APA-ya müsahibəsi

- Cənab Landau, Siz Bakıya Azərbaycan-İsrail münasibətləri üçün bir qədər həssas məqamda gəlmisiniz. Bakıda rəsmi dairələrdə bir sıra görüşlər keçirdiniz. Bu görüşlərdən yaranan təəssüratlarınız neçədir?

- Mənim əsas təəssüratım ondan ibarətdir ki, Azərbaycan-İsrail münasibətləri heç zaman olmadığı qədər möhkəm və etibarlıdır. Bakıdakı təmaslarımız çox yaxşı keçdi və əlaqələrimizin bütün sahələrdə inkişafı perspektivlərini görürəm. Rəhbərlik etdiyim nazirlik əsasən enerji və təbii ehtiyatlar məsələsi ilə məşğul olur. Bura neft, təbii qaz və su ehtiyatları daxildir. Mənim səfərimin məqsədlərindən biri enerji sahəsində ixtisaslaşmış daha çox Azərbaycan şirkətlərini və mütəxəssislərini İsrailə cəlb etməkdir. Bilirik ki, sizin neft-qaz yataqlarının kəşfi və hasilatı sahəsində təcrübə və dərin biliyiniz var. Mən Azərbaycan prezidenti, sənaye və energetika naziri, eləcə də digər rəsmilərlə görüşlər keçirdim və təmaslardan məmnunam. Biz yalnız iqtisadi və ticari deyil, habelə təhlükəsizlik məsələlərini də müzakirə etdik. Bizim müasir münasibətlərimiz xalqlarımız və mədəniyyətlərimiz arasında tarixən mövcud olan əlaqələrimizə söykənir. Bu baxımdan münasibətlərimizin gələcək inkişafına nikbin baxıram.

- Hazırda Azərbaycanda hasil edilən neftin bir hissəsi İsrailə ixrac edilir. Bu sahədə ikitərəfli əlaqələrin inkişafı perspektivini neçə görürsünüz?

- İsrail idxal etdiyi neftin böyük hissəsini məhz Azərbaycandan alır və biz satın alınan Azərbaycan neftinin həcminə görə İtaliyadan sonra dünyada ikinci dövlətik. İnanıram ki, biz birinci də ola bilərik. İkitərəfli iqtisadi-ticarət əlaqələrimizin daha da irəliləməsi baxımından münasibətlərimizin böyük potensialı var. Biz Azərbaycanla işgüzar münasibətlər qurmağı özümüzə imtiyaz bilirik.

- İsrail kimi Azərbaycan da mürəkkəb bir regionda yerləşir və Azərbaycanın əsas problemi Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş qalmaqdadır. İsrail dövləti bu münaqişənin çözüm düsturunu görürmü?

- Öncə qeyd edim ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Zənnimcə, bu münaqişə birbaşa təmaslar yolu ilə və danışıqlar masası arxasında çözülməlidir. Adətən beynəlxalq səviyyəli münaqişələrə xarici qüvvələrin müdaxiləsi fayda vermir. Elə biz də Yaxın Şərq münaqişəsinə münasibətdə xarici müdaxiləni faydasız hesab etdiyimizdən, birbaşa təmaslara üstünlük veririk. Düşünürəm ki, burada birbaşa təmaslar və sülhə əsaslanan danışıqlar faydalı ola bilər. İsrail münaqişənin həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür.

- Hazırda İranın nüvə proqramı beynəlxalq aləmin diqqət mərkəzindədir. Bu günlərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik açıqladığı hesabatında İranın nüvə silahı sınaqları keçirdiyini istisna etməyib. İsraildə isə bu problemin hərbi yolla həllinə dair çağırışlar artıb. İsrail hökumətinin üzvü kimi Siz bu barədə nə düşünürsünüz?

- Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Vyanada açıqlanmış son hesabatı bizim üçün yenilik olmadı. Məsələ ondadır ki, İran rejiminin öz qarşısında qoyduğu məqsəd nüvə silahına yiyələnməkdir və bu ölkə nüvə proqramı vasitəsilə öz siyasi ambisiyalarını inkişaf etdirmək niyyətindədir. İran nüvə silahı istehsal etmək üçün dinc nüvə proqramını sanki çətir kimi istifadə edir. Əslində bu, dünyaya müharibə elan etmək deməkdir. Bizim mövqeyimiz açıq və aydındır. İsrail, ABŞ və Avropa İttifaqı hesab edir ki, İran özünün nüvə fəaliyyətini dərhal dayandırmalıdır. Dünya birliyinin bu fəaliyyətinə son qoymaq çağırışlarına İran məhəl qoymur. Belə bir şəraitdə İran region dövlətlərinə qarşı açıq təhdidlər səsləndirir. Ona görə biz hesab edirik ki, İranın nüvə fəaliyyəti əngəllənməlidir. Düşünürəm ki, İran rejiminin mahiyyətini Azərbaycan xalqına geniş izah etməyə ehtiyac yoxdur.

- İsrail və Türkiyə arasında gərginlik baş qaldıranda bəzi media qurumları Türkiyə vasitəsilə İsrailə nəql olunan Azərbaycan neftinin ixracında müəyyən problemlərin yarana biləcəyini xəbər verirdilər. Hazırda bu istiqamətdə İsrail hər hansı problemlə üzləşirmi?

- Biz Azərbaycanda hasil edilən nefti özəl şirkətlərdən satın alırıq. Neftin hasilatı və nəqli ilə böyük beynəlxalq konsorsium məşğul olur. Deməliyəm ki, biz Azərbaycan tərəfinin ikitərəfli iqtisadi münasibətlərimizin zərər görəcəyi haqda söz-söhbətlərə reaksiyasından məmnunuq. İcazə verin xatırladım ki, biz qeyri-sabit Yaxın Şərq regionunda yerləşən kiçik bir dövlətik. Amma biz sabit və şərəfimizi qoruyan dövlətik. Digər dövlətlərin bizim işlərimizə müdaxilə etməsinə yol verməmək üçün əlimizdən gələni edirik. Azərbaycan tərəfi bildirib ki, bizim iqtisadi-ticarət əlaqələrimiz sarsılmazdır və açığı, biz bundan ruhlanmışıq. Biz hər hansı xarici amilin münasibətlərimizə təsir göstərməsini yolverilməz hesab edirik. Etiraf etməliyəm ki, bəzən beynəlxalq səhnədə hətta Azərbaycanla İsrail arasında mövqelər üst-üstə düşməyə də bilir və İsraili qane etməyən məqamlar da meydana çıxır. Məsələn, BMT-də keçirilən səsvermələr zamanı. Lakin biz bu günə kimi xeyli inkişaf etdirdiyimiz münasibətlərimizi, o cümlədən enerji sahəsində əlaqələrimizi qorumağa və daha da irəliyə aparmağa çalışırıq. Bu baxımdan inanmıram ki, digər dövlətlər və xarici amillər bizim münasibətlərimizin zəiflədə bilsin.

- Azərbaycan İsraillə yaxın tərəfdaşdır. Eyni zamanda Azərbaycan Türkiyə ilə müttəfiqlik münasibətlərinə malikdir. Neçə düşünürsünüz, İsraillə Türkiyə arasında barışıq mümkündürmü?

- Bu sual bizə ünvanlanmamalıdır. Biz öz tərəfimizdən münasibətlərimizi qorumaq üçün xeyli səy göstərmişik. Məlum olduğu kimi, İsrail Aralıq dənizindəki insidentin araşdırılması üzrə BMT komissiyasının rəyini qəbul edib. Türkiyə isə əksinə hərəkət edib və Ərdoğan hökuməti bu sənədi rədd edib. Komissiya İsrailin addımını beynəlxalq hüquqa uyğun hərəkət kimi tanıyıb. Biz münasibətlərimizi qorumağa çalışmışıq. Bir qədər öncə Türkiyədəki zəlzələ zamanı öz yardımımızı əsirgəmədik. İndi biz qarşı tərəfin özünü məsuliyyət hissi ilə aparacağını gözləyirik.



Yerləşdirilib:11 Noyabr, 2011  17:27, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com