Dekabrın 6-na təsadüf edən Aşura günündə Bakının Səbail rayonunda yerləşən İçərişəhər “Cümə” məscidində könüllü qanvermə aksiyası keçiriləcək. APA-nın xəbərində görə, İçərişəhər «Cümə» məscidi dini icmasının sədri, Axund Surxay Məmmədli bildirib. Surxay Məmmədli deyib ki, artıq neçə illərdir Məhərrəm ayında keçirilən Aşura mərasimləri zamanı könüllü qanvermə aksiyaları təşkil olunur: “İçəri şəhər “Cümə” məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlman bacı və qardaşlarımız bu aksiyada yaxından iştirak edirlər və artıq “Cümə” məscidində qanvermə aksiyasının təşkili ənənəvi hal alıb”.