Aşura mərasimi ilə bağlı Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilmiş qanvermə aksiyalarında respublika üzrə 3409 nəfər qan verib.
Litvada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Vilnüsdə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində İsrail, Finlandiya və Kiprin xarici işlər nazirləri ilə görüşüb.
Azərbaycan Diplomatiya Akademiyasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın xanımı Zeyno Baranın yazdığı “İslam vətəndaşı” kitabı ilə bağlı tədbir keçirilib.
ABŞ prezidenti Barak Obama administrasiyasının məsul şəxslərindən biri məlumat verib ki, vitse-prezident Cozef Bayden Ankara səfəri zamanı Ermənistanla əlaqələrin normalllaşdırması üçün Türkiyəyə təzyiq göstərib.
Aşura günü yüzlərlə Azərbaycan gənci Əhli-beytə olan eşqini bir daha ortaya qoydu. Onlar hicrətin 61-ci ilində Kərbəla çölündə şəhadətə yetirilmiş İmam Hüseyin (ə) və onun səhabələrini mərsiyə dəyib sinə döyərək yad etdilər.